Çində 5 maqnitudalı zəlzələ oldu
08 Jul 2026, 10:53
23 baxış
Admin
Çinin cənub-qərbindəki Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Çinin Seysmik Şəbəkələr Mərkəzinə (CENC) istinadən məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Mənbə:
news24.az