Türkiyə məhkəməsində məzəli çəkişmə: Ər-arvad boşanıb...
07 Jul 2026, 23:20
18 baxış
Admin
Türkiyənin İstanbul şəhərində nikahın pozulması ilə bağlı keçirilən məhkəmə işində maraqlı məqam yaşanıb.
"Bakupost" xəbər verir ki, cütlüyün boşanma işində birlikdə sahibləndikləri 3 pişiyin qəyyumluğu qadına verilib.
Məhkəmə eyni zamanda pişiklərin baxımı üçün lazım olan xərcin ortaq qarşılanması ilə bağlı qərar çıxarıb.
Həmçinin, kişinin pişiklərlə əlaqə saxlaması, qayğı göstərməsi tələbi məhkəmə tərəfindən rədd edilib.
Bu məsələ Türkiyə sosial şəbəkələrində gülüş doğuraraq, müzakirələrə yol açıb.
Mənbə:
bakupost.az