İdman

“Sabah” ilk oyunda qalib gəldi

07 Jul 2026, 22:37 21 baxış Admin
“Sabah” ilk oyunda qalib gəldi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayan "Sabah" ilk oyununda Uels təmsilçisi TNS-i məğlub edib.

News24.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Azərbaycan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın ilk hissəsində tərəflər hesabı aça bilməyib və komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə isə "Sabah" üstünlüyünü qollara çevirməyi bacarıb. Oyunda hesab 66-cı dəqiqədə Velko Simiçin qolu ilə açılıb. Komandanın üstünlüyünü 84-cü dəqiqədə Kahim Parris möhkəmləndirib və matç Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv UEFA Çempionlar Liqasındakı debüt oyunundan qalib ayrılıb və cavab görüşü öncəsi üstünlük qazanıb.

Tərəflər arasında cavab qarşılaşması iyulun 14-də Uelsdə keçiriləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər