Tbilisi hava limanı işıqsız qaldı – SƏBƏB
07 Jul 2026, 22:48
17 baxış
Admin
Tbilisi Beynəlxalq Hava Limanı güclü leysan yağışları səbəbindən qismən işıqsız qalıb.
News24.az xəbər verir ki, Gürcüstan mediasının məlumatına görə, paytaxtda müşahidə olunan intensiv yağıntılar elektrik təchizatında problemlərə səbəb olub.
Qeyd edək ki, ötən gün də Tbilisidə güclü yağış yağıb. Nəticədə şəhərin bir sıra küçələri və avtomobillər su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. (APA)
Mənbə:
news24.az