Dünya

Çində sel fəlakəti: şəhərlər su altında qaldı, ölənlərin sayı artır

07 Jul 2026, 17:08 17 baxış Admin
Çində sel fəlakəti: şəhərlər su altında qaldı, ölənlərin sayı artır

Çində aramsız yağan güclü yağışlar və fırtına nəticəsində yaranan sel fəlakətində həyatını itirənlərin sayı 15-ə yüksəlib. Yüzlərlə insanın itkin düşdüyü bildirilir.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət ölkənin bir neçə bölgəsində ciddi dağıntılara səbəb olub, bir çox şəhər və yaşayış məntəqəsi su altında qalıb.
Bəzi bölgələrdə yollar bağlanıb, nəqliyyatın hərəkəti iflic olub.
Sinoptiklər yaxın günlərdə hava şəraitinin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər.
Bahar Babaşova, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər