Bakıda avtomobil yolun ortasında 2 hissəyə ayrılıb, yanmağa başladı
07 Jul 2026, 00:21
20 baxış
Admin
Böyükşor-Pirşağı yolunda avtomobildə yanğın baş verib.
"Bakupost"un əldə etdiyi ilkin məlumata görə, "BMW E39" markalı avtomobil əvvəlcə qəza törədib. Qəza nəticəsində avtomobil iki hissəyə ayrılıb, daha sonra alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Avtomobildə sürücü və ya sərnişinlərin olub-olmaması, eləcə də xəsarət alanların sayı hələlik dəqiqləşdirilməyib.
Gülsüm,BakuPost
Mənbə:
bakupost.az