Ronaldo qərar verdi: "Bu dünya çempionatı karyeramın sonuncusudur"
06 Jul 2026, 15:36
25 baxış
Admin
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo karyerasında son dünya çempionatında iştirak etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə “ASna” portalına açıqlama edib.
"Bəli, bu dünya çempionatı karyeramın sonuncusudur. Sadəcə hər anın dadını çıxarmaq lazımdır. Oyunumuzu sevən insanlar var və biz onlara unudulmaz anlar yaşada bilərik. Gözəl xatirələr qalacaq", – deyə Ronaldo bildirib.
Qeyd edək ki, iyulun 6-da Portuqaliya dünya çempionatının 1/16 final mərhələsində Avropa çempionu olan İspaniya milli futbol komandası ilə qarşılaşacaq.
Mənbə:
news24.az