DÇ-də daha bir rekord
01 Jul 2026, 21:22
25 baxış
Admin
Hücumçu Harri Keyn Konqo Demokratik Respublikası ilə dünya çempionatının 32-ci turunda İngiltərə milli komandasının rekorduna imza atıb.
News24.az xəbər verir ki, futbolçu kapitan kimi 91-ci oyununu keçirərək, 90 belə oyunla rekorda sahib olan Bobbi Muru geridə qoyub.
Qeyd edək ki, matç Atlantadakı stadionda keçirilir və hazırda hesab 1-0 Konqo Demokratik Respublikasının xeyrinədir. (Qafqazinfo)
Mənbə:
news24.az