"Sabah" İqor Noqeyra ilə yollarını ayırıb
30 Jun 2026, 18:21
26 baxış
Admin
"Sabah" futbolçu İqor Noqeyra ilə yollarını ayırıb.
News24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışıb. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra "Sabah"la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Mənbə:
news24.az