Neymardan 250 min dollarlıq ianə
30 Jun 2026, 16:19
24 baxış
Admin
Braziliya milli komandasının və “Santos FC” klubunun hücumçusu Neymar Venesuelada baş verən zəlzələdən zərərçəkənlərə 250 min ABŞ dolları ianə edib.
News24.az xəbər verir ki, bu barədə “Lance” nəşri məlumat yayıb.
Bu vəsait zərərçəkənlərin ərzaq, içməli su, dərman preparatları və müvəqqəti sığınacaqla təmin olunmasına sərf ediləcək.
Xatırladaq ki, iyunun 24-də Venesuelada dağıdıcı zəlzələ baş verib.
Təbii fəlakət nəticəsində həlak olanların sayı 2 min nəfərə çatıb.
Mənbə:
news24.az