İdman

Məşhur futbolçu əməliyyat olunacaq

30 Jun 2026, 12:24 22 baxış Admin
Məşhur futbolçu əməliyyat olunacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri müəmmalı zədə səbəbiylə cərrahiyyə əməliyyatı keçirəcək.

News24.az xəbər verir ki, İspaniya millisinin futbolçusu əməliyyatdan sonra da bərpa prosesi keçəcəyi üçün 2026/27 mövsümünün ilk həftələrində komandasına kömək edə bilməyəcək.

Məlumata görə, əməliyyat Dünya Kuboku oyunlarından sonra həyata keçiriləcək. Klub zədənin detalları barədə açıqlama verməyib.

Beləliklə, yeni baş məşqçi Entso Mareska mövsüm öncəsi hazırlıqların böyük hissəsində komandanın əsas oyunçularından biri olan Rodridən yararlana bilməyəcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər