Əməkdar artist xəstəxanaya yerləşdirildi - Əməliyyat olunacaq
25 Jun 2026, 16:02
6 baxış
Admin
Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb.
News24.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir.
"Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər", deyə Vidadi Məmmədov qeyd edib.
Mənbə:
news24.az