Tarixlərində ilk dəfə qrup oyunlarının hamısında qalib gəldilər
25 Jun 2026, 11:23
3 baxış
Admin
Meksika millisi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edib.
Bakupost.az QOL.az-a istinadla xəbər verir ki, bununla da mundialın təşkilatçı ölkələrindən olan Meksikanın yığması dünya çempionatları tarixində ilk dəfə qrup mərhələsinin hər üç oyununda qələbə qazanıb.
Beynəlxalq Futbol Federasiyasının (FİFA) məlumatına görə, meksikalılar həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsini qol buraxmadan başa vurublar.
Bundan başqa, Meksika millisi dünya çempionatlarındakı qələbə seriyasını 4 oyuna çatdırıb ki, bu da komandanın mundiallar tarixindəki ən uzun qalibiyyət seriyasıdır.
Qeyd edək ki, meksikalılar DÇ-2022-də Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etmişdilər. DÇ-2026-da isə qrup mərhələsində bütün görüşlərdə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
Mənbə:
bakupost.az