İdman

Messi 39 yaşını qeyd etdi: komanda yoldaşlarından özəl sürpriz – FOTO

24 Jun 2026, 22:53 3 baxış Admin
Messi 39 yaşını qeyd etdi: komanda yoldaşlarından özəl sürpriz – FOTO

Argentina millisinin kapitanı və dünya futbolunun ulduzu Lionel Messi 39 yaşını qeyd edib.

News24.az xəbər verir ki, Messinin sosial şəbəkə hesabında paylaşdığı fotoda o, Argentina millisindəki komanda yoldaşları ilə birlikdə görüntülənib.

Millinin üzvləri ad günü münasibətilə Messiyə Argentina bayrağının rənglərində hazırlanmış tort hədiyyə ediblər. Tortun üzərində futbolçunun yaşı ilə bağlı “39” rəqəmi əks olunub.

Messi təbriklərə görə minnətdarlığını ifadə edib.

“Gecə xoş bir sürprizlə başladı. Hamınıza təşəkkür edirəm”, – deyə futbolçu paylaşımında qeyd edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər