Daha 4 bankda problem yarandı
24 Jun 2026, 17:26
2 baxış
Admin
“Yelo Bank”, “Rabitə Bank”a məxsus kart tətbiqlərinə girişdə məhdudiyyət yaranıb.
Bakupost.az modern.az-a istinadən xəbər verir ki, hazırda bu bankların mobil tətbiqinə daxil olmaq mümkün deyil.
Problemin səbəbi və xidmətin nə vaxt bərpa olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bu gün vətəndaşların bank kartlarında saxlanılan pul vəsaitlərinin silinməsi halları başverib.
***
16:58
"AccessBank” və “ExpressBank”da da texniki problemlər yaşanır.
Bakupost.az xəbər verir ki, bu barədə banklardan müştərilərinə bildiriş mesajı göndərilib.
Hər iki bankın xəbərdarlığında texniki səbəblərdən kart əməliyyatlarında fasilələr yarandığı qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Beynəlxalq Bankı bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlamışdı.
Mənbə:
bakupost.az