Bağlanan verilişlər yeni mövsümdən qayıdır?
24 Jun 2026, 15:17
2 baxış
Admin
Bir müddət əvvəl yayımı dayandırılan proqramlardan bəzilərinin efirə qayıdacağı barədə iddialar səsləndirilir.
İddialarda o verilişlərin yeni mövsümdən yenidən yayımlanacağı deyilir.
Bəs deyilənlər nə dərəcədə həqiqətəuyğundur? Bağlanan verilişlər efirə qayıdacaqları halda proqramlarda nə kimi dəyişikliklər olacaq?
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Bakıvaxtı.az verilişləri bağlanan kanallara sorğu göndərib.
ARB-dən bildirilib ki, yayılan iddialar əsassızdır:
“Bağlanan verilişlərin və ya həmin aparıcıların yenidən ekranlara qayıtması ilə bağlı məlumat yoxdur”.
ATV-dən isə bununla bağlı suallar cavabsız qalıb.
Qeyd edək ki, bi müddət əvvəl ATV-də Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişləri, eləcə də ARB TV-də Xoşqədəm Hidayətqızının aparıcısı və müəllidi olduğu “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur” və Elgiz Əkbərin “Elgizlə izlə” proqramları bağlanıb.
Mənbə:
bakupost.az