Cəmiyyət

“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir

24 Jun 2026, 15:26 3 baxış Admin
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir

“Zeytun Bağları” markası ekoloji dəyərlərə sadiqliyini davam etdirərək növbəti sosial məsuliyyət təşəbbüsünü həyata keçirib. Bu dəfə marka Xəzər dənizinin Şüvəlan sahilində təmizlik aksiyası keçirib.
Bakupost.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları ilə yanaşı, Azersun Holdinqin müxtəlif kateqoriyalarını təmsil edən əməkdaşlar və eləcə də könüllü ekofəallar fəal iştirak ediblər.
“Yaşıl gələcək, bizimlə gələcək” şüarını əsas tutan “Zeytun Bağları” mütəmadi olaraq ekoloji təşəbbüslərə dəstək verir. Və bu aksiyanın da əsas məqsədi yalnız sahillərin təmizlənməsi deyil, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiətə qayğı mədəniyyətinin təşviqi və ətraf mühitin qorunmasının hər kəsin ortaq məsuliyyəti olduğuna diqqət çəkmək olmuşdur.
Bu təşəbbüs bir daha göstərir ki, “Zeytun Bağları” keyfiyyətli məhsulları ilə yanaşı, sosial və ekoloji məsuliyyət prinsiplərinə sadiq qalan brend olaraq fəaliyyətini davam etdirir.
Bu baxımdan, hər kəsi ətraf mühitə qarşı həssas olmağa, istirahət etdikləri məkanları təmiz saxlamağa və təbiətin qorunmasına öz töhfəsini verməyə çağırırıq.
Birlikdə daha təmiz sahillər və daha yaşıl gələcək naminə!

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər