Cəmiyyət

Azərbaycanda məşhur klinika bağlandı

24 Jun 2026, 14:42 14 baxış Admin
Azərbaycanda məşhur klinika bağlandı

Azərbaycanın tanınmış klinikası fəaliyyətini dayandırıb.
Bakupost.az Manset.az-a istinadla xəbər verir ki, “Mayomed” klinikası bir neçə gün əvvəl bağlanıb.
Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.
Qeyd edək ki, “Mayomed” klinikası daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınıb.

Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər