İdman

Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı

23 Jun 2026, 19:45 18 baxış Admin
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı

FİFA DÇ-2026-nı işıqlandıran paraqvaylı jurnalist və şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv edib.
Bakupost.az QOL.az-a istinadla xəbər verir ki, “ABC Color”un yaydığı məlumata görə, buna səbəb Veranın hakimlər və FİFA rəsmiləri barədə dəfələrlə təhqiramiz ifadələr işlətməsi olub. O, xüsusən D qrupunun 2-ci turunda keçirilən Paraqvay - Türkiyə matçında (1:0) baş hakim İvan Bartonun idarəçiliyini sərt tənqid etmişdi.

Nəticədə Vera akkreditasiyadan məhrum olunmaqla yanaşı, peşə fəaliyyəti ilə bağlı stadionlara giriş hüququnu da itirib.
Bildirilir ki, jurnalist sonradan səsləndirdiyi fikirlərə görə FİFA-dan və həmkarlarından üzr istəyib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər