Nazirlik saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyasını ləğv etdi - RƏSMİ
23 Jun 2026, 19:00
15 baxış
Admin
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başlayıb.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib.
Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.
Məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib.
Mənbə:
bakupost.az