Bakıda motosiklet sürücüsü uşağı təhlükəyə atdı
23 Jun 2026, 11:06
22 baxış
Admin
Bakıda aeroport yolunda motosiklet sürücüsünün azyaşlını təhlükəli vəziyyətdə aparmasına dair görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, kadrlarda motosikletin yüksək sürətlə hərəkət etdiyi, uşağın isə heç bir qoruyucu vasitə olmadan aparıldığı görünür.
Hadisəni lentə alan avtomobil sürücü baş verənləri məsuliyyətsizlik kimi qiymətləndirib:
“Belə olmaz. 80 km/saat sürətlə gedirsən, uşağın da 10 yaşı var ya yox... Bu, məsuliyyətsizlikdir. Özün kaska taxmısan, heç olmasa onu çıxarıb uşağa ver”.
Lalə,BakuPost
Mənbə:
bakupost.az