Cəmiyyət

Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

23 Jun 2026, 09:42 17 baxış Admin
Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

Şirvan şəhərinin bəzi ərazilərində təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə News24.az-a Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyunun 23-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhərin Bağ evləri yaşayış sahəsində, eləcə də H.Əliyev prospekti, T.Ələkbərov, T.Bağırov, H.Z.Tağıyev, M.Aydınov, Z.Hacıyev və M.Hüseynzadə küçələri üzrə ümumilikdə 4682 abonentin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər