İdman

Fransa-İraq matçı azarkeşsiz baş tuta bilər

23 Jun 2026, 00:41 26 baxış Admin
Fransa-İraq matçı azarkeşsiz baş tuta bilər

DÇ-2026-nın qrup mərhələsi çərçivəsində keçiriləcək Fransa-İraq matçının təşkilatçıları əlverişsiz hava şəraiti səbəbindən azarkeşlərə müraciət edərək stadiona gəlməməyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Azarkeşlərə göndərilən rəsmi xəbərdarlıq mesajında qeyd olunub:

“Əgər regiondan kənardasınızsa, xahiş edirik, hazırda Filadelfiya stadionuna gəlməyin”.

Artıq arenanın yaxınlığında olan fanatlardan isə təcili olaraq ən yaxın sığınacaqlara keçmələri xahiş olunub.

Qeyd edək ki, Bakı vaxtı ilə iyunun 24-nə planlaşdırılan qarşılaşma Filadelfiyadakı “Linkoln Faynenşel Fild” stadionunda baş tutmalıdır. (Qafqazinfo)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər