Qalibaf və Əraqçi Omana yola düşdülər
22 Jun 2026, 21:52
19 baxış
Admin
İranın yüksəkrütbəli danışıqlar heyəti - parlament sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının idarə edilməsi məsələlərini müzakirə etmək üçün Omana yola düşüblər.
Bakupost.az xəbər verir ki, bu barədə Qalibaf “Telegram” kanalında açıqlama yayıb.
Onun yazdığına görə, görüş zamanı tərəflər İranın boğaz üzərindəki idarəetmə mexanizmlərinin gücləndirilməsini, həmçinin Omanla ikitərəfli əlaqələndirmənin genişləndirilməsini müzakirə etməyi planlaşdırırlar.
Mənbə:
bakupost.az