DİQQƏT! İki şəhərdə qaz olmayacaq
22 Jun 2026, 18:42
20 baxış
Admin
Sabah Şirvan və Sabirabad şəhərlərinin bəzi küçələrində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə Bakupost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin bir sıra küçələrinin, Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə:
bakupost.az