Cəmiyyət

AQTA-dan 1 qəpiklik yumurtalarla bağlı açıqlama

22 Jun 2026, 16:01 18 baxış Admin
AQTA-dan 1 qəpiklik yumurtalarla bağlı açıqlama

Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb.

Bu barədə News24.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı iddialar yayılıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər