Cəmiyyət

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəldi

22 Jun 2026, 09:51 18 baxış Admin
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəldi

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Azərbaycana dövlət səfərinə gəlib.

News24.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər