Dünya

Türkiyədə qəza: 4 nəfər öldü, 16 nəfər yaralandı – FOTO

20 Jun 2026, 22:45 19 baxış Admin
Türkiyədə qəza: 4 nəfər öldü, 16 nəfər yaralandı – FOTO

Türkiyənin İsparta vilayətində turistləri gəzdirən mikroavtobusun idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, İspartanın Gelendost rayonunda baş verən hadisə nəticəsində yaralanan 16 nəfərdən 5-inin vəziyyəti ağırdır.

Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.

Daha sonra içərisində sərnişinlərin olduğu mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. (APA)

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər