SEPAH: Gəmilər Hörmüz boğazına
20 Jun 2026, 20:43
16 baxış
Admin
İsrailin Livana hücumları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalında məlumat yayılıb.
"İsrailin Livandakı cinayətləri və ABŞ-nin atəşkəsin bərqərar olması ilə bağlı öhdəliklərini pozması ilə əlaqədar olaraq, Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb", - məlumatda bildirilib.
Vurğulanıb ki, Hörmüz boğazı bağlıdır və gəmilər boğaza yaxınlaşmamalıdır: "Əks halda onların təhlükəsizliyi risk altında olacaq".
Mənbə:
bakupost.az