Digər

İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi

20 Jun 2026, 19:10 18 baxış Admin
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi bu gün Azərbaycana səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakupost.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. pizza
Səfər iyunun 26-da başa çatacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər