Dünya

Trampdan TƏHDİD: "Venesueladakı əməliyyatı təkrar edə bilərik"

19 Jun 2026, 23:55 3 baxış Admin
Trampdan TƏHDİD: "Venesueladakı əməliyyatı təkrar edə bilərik"

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı 2026-cı il yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyata bənzər addımın mümkün olduğunu hesab edir.
Bakupost.az xəbər verir ki, o, "Axios" jurnalistinin Vaşinqtonun Kuba ilə bağlı Venesueladakı kimi sürətli addımlar ata bilib-bilməyəcəyi sualını cavablandırıb.
"Bəli, bu mümkündür", - deyə ABŞ lideri bildirib.
Tramp xatırladıb ki, həm Venesuela, həm də Kuba ABŞ ərazisinin yaxınlığında yerləşir, İran isə bunun əksinə, uzaqdadır.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı hərbi və mülki obyektlərə hücum edərək Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirib və ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsi qarşısına çıxarılıblar. Onlara qarşı narkotik ticarətində iştirakla bağlı ittihamlar irəli sürülüb. N.Maduro və həyat yoldaşı bu ittihamları rədd edərək özlərini təqsirli bilməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini əvvəllər icraçı vitse-prezident vəzifəsində çalışmış səlahiyyətli prezident Delsi Rodriges həyata keçirir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər