İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxdı
19 Jun 2026, 21:33
2 baxış
Admin
İstanbulda Kadıköy–Sabiha Gökçən Hava Limanı marşrutu üzrə hərəkət edən metro qatarı Bostancı stansiyası yaxınlığında relsdən çıxıb.
News24.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində sərnişinlər qatardan öz imkanları ilə təxliyə olunub. Onlar bir müddət tunel boyunca piyada hərəkət edərək təhlükəsiz əraziyə çıxıblar.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və metro xidmətinin əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, xəsarət alanlar barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır. (APA)
Mənbə:
news24.az