Digər

Mütəxəssisdən xəbərdarlıq: Saxta günəş kremləri təhlükə yaradır

19 Jun 2026, 21:55 1 baxış Admin
Mütəxəssisdən xəbərdarlıq: Saxta günəş kremləri təhlükə yaradır

Yay mövsümündə günəşdən qoruyucu kremlərə tələbatın artması ilə saxta məhsulların sayı da çoxalır.

News24.az xəbər verir ki, dermatoloq Melodi Çekiç internetdə satılan bəzi günəş kremlərini alarkən diqqətli olmağı tövsiyə edib. O bildirib ki, bu kremlərin bəzisi saxtadır və bu məhsullar dəridə ciddi allergik reaksiyalara və bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

Onun sözlərinə görə, istehlakçılar günəşdən qoruyucu vasitələri yalnız apteklərdən və lisenziyalı satış məntəqələrindən almalıdırlar. Həkim qeyd edib ki, saxta məhsulların tərkibində göstərilməyən zərərli maddələr ola bilər.

Mütəxəssis günəşin zərərli təsirlərindən qorunmaq üçün etibarlı və keyfiyyətli məhsullardan istifadənin vacibliyini vurğulayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər