Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ-yə üzv ola bilməz
19 Jun 2026, 20:39
3 baxış
Admin
Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Avropa İttifaqına (Aİ) üzv ola bilməz.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merz Aİ sammitindən sonra keçirdiyi brifinqdə deyib:
“Ukrayna kimi müharibə vəziyyətində olan ölkə Aİ-yə üzv ola bilməz. Kiyev əvvəlcə Aİ-nin assosiativ, daha sonra isə tamhüquqlu üzvü ola bilər”.
Merz daha öncə digər Aİ liderlərinə, eləcə də Avropa Komissiyası və Avropa Şurasının rəhbərlərinə məktub göndərərək Ukraynaya birliyin “assosiativ üzv” statusunun verilməsini təklif edib.
Kansler həmçinin Ukraynanın Aİ-nin bütün hərbi strukturlarına inteqrasiyasını və müdafiə sahəsində qarşılıqlı yardım öhdəliyini nəzərdə tutan Avropa İttifaqı Müqaviləsinin 42.7-ci maddəsinin Ukraynaya da şamil edilməsini təklif edib.
Mənbə:
bakupost.az