Hörmüz yenidən bağlandı? – İran XİN-dən rəsmi AÇIQLAMA
19 Jun 2026, 20:06
2 baxış
Admin
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Hörmüz boğazının bağlanması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib.
News24.az-ın məlumatına görə, o qeyd edib ki, İran ordusu 14 bənddən ibarət razılaşma memorandumuna uyğun olaraq Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görüb.
Bəqainin sözlərinə görə, hazırda boğazda gəmiçilik adi qaydada davam edir və hər hansı məhdudiyyət tətbiq olunmayıb. O vurğulayıb ki, Hörmüz boğazının bağlanması barədə yayılan məlumatlar reallığı əks etdirmir. ("Mehr" agentliyi)
Mənbə:
news24.az