Təyyarədə telefon alovlandı, reys təxirə düşdü
19 Jun 2026, 15:03
1 baxış
Admin
Yaponiyanın Haneda Hava Limanında Tokio–London reysinə hazırlaşan Britaniya Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsində bir smartfon qəfil alovlanıb.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, kabində tüstü müşahidə edildikdən sonra ekipaj yanğına müdaxilə edib. Hadisə zamanı təyyarədə olan 211 nəfərdən, o cümlədən ekipaj üzvlərindən xəsarət alan olmayıb.
Təhlükəsizlik məqsədilə təyyarə hava hərəkətinə nəzarət qülləsinin göstərişi ilə dayanacaq sahəsinə qaytarılıb.
Röya Rizvanzadə, BakuPost
Mənbə:
bakupost.az