Dünya

İsrail Livandan çəkilməyəcəyini deyir: ABŞ və İran indi nə edəcək?

19 Jun 2026, 12:57 2 baxış Admin
İsrail Livandan çəkilməyəcəyini deyir: ABŞ və İran indi nə edəcək?

ABŞ ilə İran arasında memorandumun imzalanmasından dərhal sonra İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsi Livanın cənubunda hərbi mövcudluğunu davam etdirəcək.
Bakupost.az xəbər verir ki o, ABŞ və İran arasında əldə olunan son razılaşmaya və beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail ordusunun təhlükəsizlik maraqları təmin olunmayınca, “Hizbullah”ın yaratdığı təhlükə tam aradan qalxmayınca Livandan geri çəkilməyəcəyini bildirib.
Netanyahu tərəfindən belə bir açıqlamanın veriləcəyi gözlənilən idi. Bu isə istər-istəməz imzalanan memorandumun həyata keçəcəyini şübhə altına alır.
Siyasi şərhçi Azər Qasımov Bakupost.az-a bildirib ki, İsrailin İranın istəyinə uyğun geri addım ataraq, Livanın cənubundan çəkiləcəyi inandırıcı deyil:
“Netanyahu ABŞ-nin İranla razılığa gəlməsi üçün üzərinə hər hansı bir öhdəlik götürməyib. Həmçinin, belə bir istəyi də yoxdur. İsrailin mövqeyinə görə, razılaşmanın olmaması daha yaxşıdır, nəinki özünün Livanın cənubundan çəkilməsi”.
Ekspertin sözlərinə görə, Neyanyahunu öz mövqeyindən çəkindirmək üçün Trampın edə biləcəyi ciddi təsir imkanları yoxdur: “Əvvəla ona görə ki, İsrail ABŞ-la müttəfiq görünsə də onların hər birinin öz maraqları var. Tramp da İranla razılaşmaya getməklə ABŞ-ın maraqlarından çıxış edir”.
Həmsöhbətimiz qeyd edir ki, Netanyahu bu razılaşmaya razı olsa İsrail bir daha Yaxın Şərqdə söz sahibi olmayacaq:
“İsrail yalnız əldə etdiyi ərazilərə nəzarəti saxlamaqla razılıq verə bilər. Bunu da İran və ABŞ qəbul etməlidir. İsrail üçün bunun əksi məğlubiyyətdir. Bu da öz növbəsində Netanyahu hakimiyyətinin sonu olacaq”.
A.Qasımov hesab edir ki, ABŞ və İran İsrailin istəyinə göz yumacaq:
“Əks halda Yaxın Şərqdə sülh olmayacağını qəbul etməlidirlər. Görünən odur ki, həm ABŞ-yə, həm də İrana bu sülh lazımdır. Sülh istəyirlərsə, İsrailə güzəştə getməyi qəbul edəcəklər”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər