Dünya

Dostunu maralla səhv salıb güllələdi

19 Jun 2026, 12:51 1 baxış Admin
Dostunu maralla səhv salıb güllələdi

Rusiyanın Tomsk vilayətində 48 yaşlı ovçu dostunu maral zənn edərək güllələyib.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Regional İdarəsi məlumat verib.

Məlumata görə, dostlar Çet-Kontorka kəndi yaxınlığındakı meşədə ov edirmişlər. Həmin gecə dostlardan biri göldə canlının hərəkət etdiyini görüb və onun maral olduğunu zənn edərək atəş açıb. Əslində isə bu, onun qayıqdakı 45 yaşlı dostu imiş. Kişi atəş nəticəsində sinəsindən ölümcül yara alıb.

Ovçu günahını etiraf edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər