Digər

İki bələdiyyə başçısı saxlanıldı

19 Jun 2026, 10:48 2 baxış Admin
İki bələdiyyə başçısı saxlanıldı

Türkiyənin İstanbul əyalətinin Adalar və Mersinin Silifke rayonlarında keçirilən əməliyyat nəticəsində bələdiyyə sədrləri də daxil olmaqla çoxlu sayda məmur rüşvət və korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Anadolu Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Türkiyənin İstanbul əyalətinin Adalar rayon bələdiyyəsinin sədri Əli Ercan Akpolat, sədr müavinləri Hüseyn Yılmaz və Fırat Durak, həmçinin bəzi bölmə rəisləri başda olmaqla 41 əməkdaşı rüşvət, korrupsiya və "mütəşəkkil cinayətkar təşkilat yaratmaq"da şübhəli bilinərək saxlanılıblar.
Bundan başqa, Mersin əyalətinin Silifke rayon bələdiyyəsinin sədri Mustafa Turqut da daxil olmaqla çox sayda şübhəli saxlanılıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər