Dünya

Lavrov Ermənistanın da adını çəkdi: “fəlakətli olacaq” dedi

19 Jun 2026, 11:06 2 baxış Admin
Lavrov Ermənistanın da adını çəkdi: “fəlakətli olacaq” dedi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanı genişlənmə siyasətini davam etdirməkdə ittiham edib.
Bakupost.az xəbər verir ki, Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsində Avropa İttifaqının və NATO-nun təsir dairəsini genişləndirməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, Qərb Ukrayna və Moldovanı öz təsiri altına salmağa çalışır, eyni zamanda Ermənistanı da siyasi orbitinə cəlb etmək niyyətindədir.
Nazir qeyd edib ki, NATO son illərdə Şimali Avropada da mövqelərini gücləndirib və Finlandiya ilə İsveçi alyansa üzv edib.
Lavrov iddia edib ki, Qərb dairələri gələcəkdə Ukraynanı ABŞ və NATO-dan nisbətən müstəqil fəaliyyət göstərə biləcək Avropa hərbi qüvvələrinin əsas dayaqlarından biri kimi görür.
Rusiya XİN rəhbəri belə yanaşmanın beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını vurğulayıb:
“Rusiya ilə NATO arasında birbaşa qarşıdurma qısa müddətdə nüvə münaqişəsinə çevrilə və son dərəcə ağır nəticələr doğura bilər”.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, məqalənin əvvəlcə “Politico Europe” nəşrində dərc olunması nəzərdə tutulsa da, redaksiya son anda bundan imtina edib.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər