Avtobusa dron hücumu Rusiya ilə birgə araşdırılmalıdır - Lukaşenko
Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətində belaruslu uşaqları daşıyan avtobusa dron hücumu Rusiya ilə birgə araşdırılmalıdır.
News24.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Bu iş araşdırılmalıdır. Ruslarla birlikdə. Onlar bizə kömək etməyə hazırdırlar", - Lukaşenko deyib.
Çərşənbə günü Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri təyyarə tipli PUA-dan istifadə edərək Belarusun Qomel şəhərindən Gelendcik şəhərinə tətilə gedən uşaq futbol komandasının avtobusuna hücum edib.
Hücum nəticəsində bir qadın həlak olub, 8 nəfər (onlardan 6-sı uşaqdır) yaralanıb. Rusiya Prezidenti Vladimir Putin səhiyyə naziri Mixail Muraşkoya terror hücumundan zərər çəkənlərə yardım göstərməyi tapşırıb.