Dünya

“Hizbullah” lideri danışıqlar üçün 5 şərt açıqladı

18 Jun 2026, 15:33 4 baxış Admin
“Hizbullah” lideri danışıqlar üçün 5 şərt açıqladı

“Hizbullah” lideri Naim Qasım Aşura günü münasibətilə etdiyi televiziya çıxışında İsraillə mümkün danışıqların yalnız “qarşılıqlı təhlükəsizlik” prinsipi əsasında aparıla biləcəyini bildirib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Qasım danışıqların başlaması üçün 5 əsas şərt irəli sürüb: İsrailin quru, hava və dəniz hücumlarını dayandırması, Livan ərazisindən tam çıxması, əsirlərin qaytarılması, məcburi köçkünlərin evlərinə dönməsi və yenidənqurma prosesinin başlanması.
O, 2024-cü ildə əldə edilmiş atəşkəs razılaşmasının bu məsələlər üçün əsas götürülməli olduğunu vurğulayıb. Qasım həmçinin İsrailin məqsədinin “Hizbullah”ı siyasi, hərbi və sosial baxımdan zəiflətmək olduğunu iddia edib. O, təşkilatın silahsızlaşdırılması ilə bağlı təşəbbüsləri də rədd edərək, ““Hizbullah”ın silahlarının alınmasına yönəlmiş istənilən layihə baş tutmayacaq” deyə bildirib. Bu açıqlama tərəflər arasında diplomatik həll ehtimalını gündəmə gətirsə də, irəli sürülən şərtlərin qəbulu ilə bağlı hələlik İsrail tərəfindən rəsmi reaksiya verilməyib.
Röya Rizvanzadə, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər