Tarixin ən qədim vəba izi tapıldı: 5500 illik
18 Jun 2026, 14:39
4 baxış
Admin
Alimlər Sibirin cənubunda, Baykal gölü ətrafındakı qədim məzarlıqlarda apardıqları araşdırma zamanı indiyədək məlum olan ən qədim vəba izlərini aşkar ediblər.
Bakupost.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, DNA analizləri göstərib ki, araşdırılan 46 nəfərin 18-i vəba bakteriyası daşıyıb. Mütəxəssislər iki böyük məzarlıqda çoxlu sayda uşaq və gəncin ölüm səbəbini araşdırarkən bu nəticəyə gəliblər.
Əvvəllər vəbanın təxminən 3 800 il əvvəl ortaya çıxdığı düşünülürdü. Yeni tapıntılar isə xəstəliyin ən azı 5 500 il əvvəl insanlara yoluxduğunu göstərir. Alimlərin fikrincə, bu kəşf vəbanın insanlardakı mənşəyinə dair indiyədək əldə edilmiş ən qədim sübut ola bilər.
Röya Rizvanzadə,BakuPost
Mənbə:
bakupost.az