Digər

Mətbəxdə ən çox edilən səhv: bu məhsulları soyuducuya qoymayın

18 Jun 2026, 01:51 6 baxış Admin
Mətbəxdə ən çox edilən səhv: bu məhsulları soyuducuya qoymayın

Bir çox insan ərzaq məhsullarını necə saxlamaqla bağlı tərəddüd edir. Bəziləri demək olar ki, hər şeyi soyuducuya qoyur, digərləri isə əksinə davranır.

News24.az xəbər verir k, Britaniyanın "The Guardian" nəşri ekspertlərin rəylərinə əsaslanaraq hansı məhsulların soyuducuda, hansılarının isə otaq temperaturunda saxlanmasının daha düzgün olduğunu açıqlayıb.

Mütəxəssislərin fikrincə, kərə yağı, çörək, zeytun yağı, pomidor, banan, avokado, bal, qəhvə və şokolad kimi məhsulları daim soyuducuda saxlamaq məsləhət deyil. Soyuq mühit bu məhsulların dadına, teksturasına və keyfiyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə qəhvə və şokoladın soyuducuda saxlanılması onların ətrafdakı qoxuları mənimsəməsinə səbəb olur.

Eyni zamanda yumurta, sitrus meyvələri, göyərti, alma, açılmış mürəbbə və cemlər, eləcə də təbii fındıq və yerfındığı pastalarının soyuducuda saxlanılması tövsiyə edilir. Ekspertlər bildirirlər ki, aşağı temperatur bu məhsulların daha uzun müddət təzə qalmasına və faydalı xüsusiyyətlərini qorumasına kömək edir.

Kartofla bağlı yanaşmalar isə dəyişib. Əvvəllər onun qaranlıq və sərin yerdə saxlanılması tövsiyə olunurdusa, indi bəzi mütəxəssislər cücərmənin qarşısını almaq üçün soyuducunu daha uyğun hesab edirlər.

Ekspertlər vurğulayırlar ki, məhsulların düzgün şəraitdə saxlanılması həm qida israfının qarşısını alır, həm də onların dadını və qida dəyərini daha uzun müddət qorumağa imkan verir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər