Tramp və Pezeşkian yekun razılaşma üçün görüşə bilər
17 Jun 2026, 23:42
6 baxış
Admin
ABŞ-la anlaşma memorandumunu İran və ABŞ prezidentləri imzalaya bilər.
Bakupost.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Bu variant nəzərdən keçirilir və hələ araşdırılma mərhələsindədir", - Bəqai vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında yekun razılaşmanın 18-19 iyunda İsveçrədə imzalanması gözlənilir.
Mənbə:
bakupost.az