Dünya

Ekvadorda fövqəladə vəziyyət elan edildi

17 Jun 2026, 19:42 4 baxış Admin
Ekvadorda fövqəladə vəziyyət elan edildi

Ekvador Prezidenti Daniel Noboa ölkənin 10 əyaləti və 3 şəhərində 60 günlük fövqəladə vəziyyət elan edib.

News24.az xəbər verir ki, qərar ölkədə artan zorakılıq, narkotik kartellərinin fəaliyyəti və ciddi daxili iğtişaşlarla əlaqədar qəbul olunub.

Fövqəladə vəziyyət təhlükəsizlik qüvvələrinə ictimai asayişi bərpa etmək və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əlavə səlahiyyətlər verir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər