Dünya

Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı

16 Jun 2026, 22:21 5 baxış Admin
Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı

İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayır.
Nəşrin mənbələri hələlik hansı növ təyyarənin aviasiya qəzasına uğradığını dəqiqləşdirmirlər.
Lakin yerli "Telegram" kanalları bunun "MiQ-29" qırıcı təyyarəsi ola biləcəyini yazırlar.
"Telegram" kanallarının məlumatına görə, hadisə Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlər əvvəlcə təyyarə səsi, ardınca isə güclü partlayış eşidiblər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər