Dünya

Zelenski açıqladı: Həmişə buna görə ağlayıram

16 Jun 2026, 22:43 5 baxış Admin
Zelenski açıqladı: Həmişə buna görə ağlayıram

Ukrayna Prezidenti Volodimir Zelenski anaların və ataların öz övladlarını itirdiyi zaman ağladığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "INSIDER UA" "Telegram" kanalı yayıb.
"Böyük yeddilik" (G7) sammiti çərçivəsində keçirilən müsahibə zamanı jurnalist Ukrayna liderindən sonuncu dəfə nə vaxt ağladığını soruşub. Zelenski əvvəlcə zarafatla müsahibədən sonra bunu edəcəyini deyib, lakin sonradan fikrini ciddiləşdirib.
"Anaların və ataların öz övladlarını itirməsi mənim üçün həmişə ağırdır. Belə anlarda tez-tez ağlayıram", - deyə o qeyd edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər