İsveçə məğlub olan Tunis baş məşqçisini istefaya göndərdi
16 Jun 2026, 14:28
6 baxış
Admin
Dünya Kubokunda İsveçə 1:5 hesabı ilə məğlub olan Tunis millisi baş məşqçi Sabri Lamouçi ilə yollarını ayırıb.
News24.az xəbər verir ki, Tunis Futbol Federasiyası komandanın yeni baş məşqçisi vəzifəsinə Herve Renarın təyin olunduğunu açıqlayıb. Tərəflər Dünya Kubokunun sonuna qədər müqavilə imzalayıblar.
Qeyd edək ki, Renar son olaraq Səudiyyə Ərəbistanı millisində çalışıb.
Mənbə:
news24.az