Dünya

Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? -

15 Jun 2026, 20:26 6 baxış Admin
Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? -

İran və ABŞ nümayəndələri iyunun 14-də hərbi əməliyyatların dayandırılması haqqında memorandumu elektron formada imzalayıblar.


Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "ABC News" telekanalına müsahibəsində sazişin İranın aktivlərinin dondurulmasının ləğvini nəzərdə tutub-tutmadığı barədə sualı cavablandırarkən bildirib.
"Biz artıq dünən müqaviləni elektron formada imzaladıq və İranın heç bir pulunun dondurulması ləğv edilməyib", - deyə Vens qeyd edib. O əlavə edib ki, ABŞ müqavilənin tam mətnini bu həftə dərc edəcək.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla razılığın əldə olunduğunu bəyan edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər